Şagirdlər arasında debat keçirildi
Məktəbin Fəaliyyət planına uyğun olaraq martın 15-də təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Vaqifovanın təşkilatçılığı ilə 10 sinif şagirdlərinin iştirakı ilə “21-ci əsrin əsas dəyişiklikləri” mövzusunda debat keçirilib.
Debatın keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.