Ekskursiya təşkil olunub

            Məktəbin Fəaliyyət planına uyğun olaraq tətil günlərində martın 8-də Səbinə Aydəmirovanın təşkilatçılığı ilə 2 d sinif şagirdləri "Heydər Əliyev Mərkəzinə" ekskursiya təşkil olunub.

            Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.

            Şagirdlər ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.

            Şagirdlər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi