"İdman həftəsi" layihəsi çərçivəsində "şən startlar" estafet yarışı keçirildi
Martın 2-də idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı və V sinif şagirdlərinin iştirakı ilə "şən startlar" yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin marağına səbəb olub. Yarışda dörd komanda iştirak edib Şuşa, Laçın, Xudafərin, Qarabağ. Yarış üç turda keçirilib. Sonda Xudafərin komandasın qalib olub.