"İdman həftəsi" layihəsi çərçivəsində basketbol yarışı keçirildi
Martın 2-də idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı və VI, VII, VIII, IX sinif şagirdlərinin iştirakı ilə basketbol yarışı keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış şagirdlərin marağına səbəb olub. Sonda 6d, 7b, 7e, 8a, 9ç, sinfləri təmsil edən komandalar qalib olub.