"İdman həftəsi" layihəsi çərçivəsində qol yarışı keçirildi
Martın 2-də idman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimləri tərəfindən 10-cu 11-ci sinif şagirdləri arasında qol güləşi yarışı keçirildi. Yarışın hakimi Azərbaycan Qol Güləşi Federasiyasının yığma komandasının üzvü Dünya və Azərbaycan çempionu Rəşad İsrafilov tərəfindən keçirildi.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.