İdman viktorinası keçirilib
Fevralın 28-də idman həftəsi çərçivəsində idman müəllimi Vidadi Mahmudovun təşkilatçılığı ilə VII,VIII,IX, X sinif şagirdləri arasında idman viktorinası keçirilib.
Məqsəd şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafıdır.
Yarışda dörd komanda iştirak edib Şuşa, Laçın, Xudafərin, Qarabağ. Yarış üç turda keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçirilən viktorinada müxtəlif idman növlərinə aid suallar təqdim olunub. Sonda Şuşa komandasın qalib olub.