“Xəzinələrdən daha qiymətli” mövzusunda nümunəvi dərs keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq ana dili aylığı çərçivəsində fevralın 27-də Elnarə Məmmədovanın təşkilatçılığı ilə 8 ə sinfində ədəbiyyat fənni üzrə O. Henri Sehirbazın hədiyyəsi hekayyəsi əsasında “Xəzinələrdən daha qiymətli” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.