“Xocalını unutmayaq, unutdurmayaq” mövzusunda tədbir keçirilib

       Xocalı soyqrımının 31-ci ildönümü ilə əlaqədar olaraq fevralın 24-də Xatirə Cəfərova və Səyyad Cəfərovanın təşkilatçılığı ilə “Xocalını unutmayaq, unutdurmayaq” mövzusunda əbədi-bədii kompozisiya keçirilib.

       Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,  xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

       Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

       Əvvəlcə Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdan danışılıb. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

       Daha sonra şagirdlərin ifasında soyqırımı əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

         Məktəb direktoru  Şəfəq İbişova  öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cimayət olduğunu və tariximizin ən qanlı səhifəsinin heç zaman unudulmayacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi