Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib

        Məktəbin fəaliyyət planına uyğun olaraq fevralın 24-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib.

        Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınlın formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir. 

          Sinif rəhbəri tərəfindən ermənilərin törətdiyi dəhşətlər, onların insanlığa sığmayan əməlləri, ana-bacılarımızın, körpə və qocaların, ümumilikdə bütün xalqımızın başına açdıqları müsibətlər barədə geniş danışılıb. Daha sonra şagirdlər tərəfindən Xocalıya aid şeir parçaları söylənilib, hazırlanmış  səhnəciklər  və slaydlara nümayiş etdirilib.

          Xocalı faciəsindən bəhs edən videoçarxlar vasitəsilə erməni işğalçılarının dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi