Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş divar qəzetləri
Məktəbin illik fəaliyyət planına uyğun olaraq fevral ayı ərzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş divar qəzetləri hazırlanıb.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.
Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Azərbaycanın müasir tarixinin ən faciəli, qanlı günlərindən biri olan 26 fevral 1992-cı il haqqında ətraflı məlumatlar, soyqırıma həsr etdikləri rəsmlər, şeirlər öz əksini tapıb. XX əsrin ən qanlı tarixi haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.