"Dostluq" mövzusunda sinif saatı keçirilib
Fevralın 16-da məktəbin biologiya müəllimi Gülnisə Əliyevanın təşkilatçılığı ilə 6 ç sinfində "Dostluq" mövzusunda sinif saatı keçirilmişdir.
Sinif saatında müxtəlif iş üsullarından istifadə edən müəllim, şagirdlərin mühakimə yürütmə, sərbəst fikir bildirmə, arqumentlər gətirməklə düşündüklərini əsaslandırma qabiliyyətlərinin inkişafına geniş şərait yaratdı.
Səhnələşdirilmiş dərsdə əsasən mövzunun ideyası şagirdlərin çıxışlarından alındı.