“Ailədə uşağın tərbiyəsində valideynin rolu” mövzusunda nümunəvi dərs keçirilib
Fevralın 8-də 5 ə sinif müəllimi Fidan Hüseynova və 5 b sinif müəllimi Lalə Ələsgərovanın təşkilatçılığı ilə “Ailədə uşağın tərbiyəsində valideynin rolu” mövzusunda sinif təşkilat saatları keçirilib.
Dərsin keçirilməsində məqsəd Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzolunmaz olduğunu şagirdlərə daha ətraflı izah etmək idi.
Sinif təşkilat saatında bildirildi ki, “Yaxsı nümunə ən yaxşı tərbiyədir” - deyirlər. Fikrimizcə, hər hansı bir sistemin mövcudluğundan asılı olmayaraq, bu üç həlqənin hər biri uşağın tərbiyəsində müsbət mənada böyük rol oynaya bilər. Məsələn, ən sadə və əlçatan nümunələrdən biri ailədə valideynlərin şəxsi nümunəsidir. Valideyn öz müsbət keyfiyyətləri ilə uşaqda əxlaqi-mənəvi dəyərləri, davranışları, qabiliyyətləri formalaşdırır.
C.Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Fikrimizcə, bu, yalnız millətin yox, eyni zamanda ailənin də rifah halının yaxşı olması deməkdir.