Yazı bacarıqları yoxlanılıb

Məktəbin İllik Fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 6-da şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması məqsədilə 7-ci və 9-cu siniflərdə yoxlama imla yazdırılıb.
           Məlum olduğu kimi, şagirdlərə savadlı yazı yazmaq vərdişlərinin aşılanmasında müxtəlif öyrədici və yoxlama yazı işlərinin düzgün təşkili müstəsna rol oynayır. Yoxlama imla bir tərəfdən şagirdlərdə savadlı yazı vərdişi yaradır, digər tərəfdən də orfoqrafik kəsirləri müəyyənləşdirmək və aradan qaldırmaq işində müəllimlərə zəngin material verir.
          Yazı işlərinin nəticələri hazır olduqdan sonra sinif rəhbərləri ilə müzakirə olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi