Ekskursiya təşkil olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq tətil günlərində yanvarın 31-də 4 ə sinif müəllimi Janna Kaflanovanın təşkilatçılığı ilə “Azərbaycan Milli Kitabxana”sı, İçəri şəhər və Qız qalasına ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
“Azərbaycan Milli Kitabxana”sına təşkil olunmuş bu ekskursiya zamanı şagirdlərimizi ən maraqlı və dəyəri qızıldan kitablarla tanış oldular. Burada uşaqlara mərkəzin işçiləri tərəfindən geniş məlumat verildi. Bir neçə kitab hədiyyə edildi. Kitablar haqqında diskusiya təşkil edildi. Kitab evində təşkil olunmuş uşaqlar üçün xüsusi məkan, oxu zalı şagirdlərimizdə kitaba daha böyük məhəbbət yaratdı. Daha sonar şagirdlər "Qız Qalası"na ekskursiya ediblər. Ekskursiya zamanı məktəblilər Şirvanşahlar sarayının tarixi və "Qız Qalası" ilə yaxından tanış olublar.