IX sinif rəhbərləri ilə iclası keçirildi
Yanvarın 31-də Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təşkilatçılığı, IX sinif rəhbərləri və IX siniflərdə buraxılış fənlərini tədris edən müəllimlərin iştirakı ilə iclas keçirildi. Birinci yarımil ərzində keçirilən monitorinqlər, onların nəticələri müzakirə edildi.
Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.
İclasda IX siniflər görüləcək işlər, barədə şagirdlər arasında aparılmış monitorinqin nəticələri, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib.