"Şərəf və qəhrəmanlıq salnaməsi" mövzusunda xüsusi dərs keçirilib
Yanvarın 19-da “20 Yanvar faciəsi”nin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tarix müəllimi Xatirə Cəfərovanın təşkilatçılığı 7 b sinfində "Şərəf və qəhrəmanlıq salnaməsi" mövzusunda xüsusi dərs keçirilib.
Dərsin keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.
Dərsdə bildirilib ki, 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub. Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, oyanışın əyani təcəssümü idi. Vətən övladlarının qəhrəmanlığı şagirdlərə əsl vətənpərvərlik nümunəsidir.
Şagirdlər qanlı faciə haqqında fikirlərini bildirib, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar. Daha sonra faciəni əks etdirən videoçarxlar izlənilib.