Böyük summativ qiymətləndirmənin keçirilməsinə başlanıb

        Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə yanvarın 17-dən IV-XI siniflərdə 2022/2023-ci tədris ilinin I yarımili üçün Böyük Summativ qiymətləndirmənin keçirilməsinə başlanılıb.

       Məlum olduğu kimi, Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi