Ekskursiya təşkil olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq tətil günlərində yanvarın 14-də Sərcan Cəlilov, Fidan Hüseynovanın təşkilatçılığı ilə 5 d və 5 ə sinif şagirdləri "Suraxanı" tanker-muzeyinə daha sonara Bakı zooloji muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Ekskursiya zamanı şagirdlər ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar daha sonra Bakı Zooloji muzeyində ekskursiyada olublar.
Muzey bələdçisi şagirdlərə eksponatlarla tanış edib və heyvanlar haqqında geniş informasiya verib. Şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə yaxından tanış olublar.