Riyaziyyat aylığı çərçivəsində əyləncəli viktorina keçirildi
Məktəbin illik fəaliyyət planının uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir.
Dekabr ayı məktəbdə riyaziyyat-informatika aylığı elan olunmuşdu. Aylıq çərçivəsində müxtəlif tədbirlərin və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Dekabrın 28-də 9 a, 9 b, və 9c sinif şagirdlərinin iştirakı ilə riyaziyyat və informatikadan əyləncəli viktorina keçirildi.
Yarışda üç komanda iştirak edib. Yarış üç turda keçirilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 9 a sinfini təmsil edən komanda qalib olub.
Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.