"Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş sinif saatı keçirildi

Məktəbin Fəaliyyət planının uyğun olaraq Azərbaycançılıq məfkurəsinin təbliği məqsədi ilə dekabrın 28-də 4 a sinif müəllimi Aybəniz Heydərovanın təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" nə həsr olunmuş sinif saatı keçirildi.

Məktəbin direktoru Ş.İbişova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunmasını xalqımızın milli-mənəvi varlığını, mübarizliyini,əyilməzliyini təsdiq edən amillərdən biri kimi dəyərləndirdi, bu sahədə Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışdı.

Bu bayramın əsas ideyasının Azərbaycan xalqının vətənə bağlılıq, sədaqət, milli həmrəylik, milli birlik, azərbaycançılıq duyğusu ilə bağlı olduğunu vurğuladı. Şagirdlər bu tarixi hadisə ilə bağlı öz fikir və düşüncələrini bildirdilər, videoçarxlar nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi