Monitorinq nəticələri müzakirə olunub
Dekabrın 16-da məktəbin direktoru Şəfəq İbişovanın rəhbərliyi və IX sinif şagirdlərinin iştirakı ilə iclas keçirilib.
Məqsəd şagirdlərin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
İclasda 5 noyabr və 24 noyabr tarixlərində keçirilmiş monitorinqlərin nəticələri təhlil və müzakirə olunub. Şagirdlərin fikir və təklifləri dinlənilib. Məktəbin direktoru tərəfindən şagirdlərə müvafiq tövsiyələr verilib.