“Trapesiyanın orta xətti” mövzusunda nümunəvi dərs keçirilib
Aylığın tədbirlər planına uyğun olaraq Riyaziyyat aylığı çərçivəsində noyabrın 15-də Məlahət İsmayılovanın təşkilatçılığı ilə 8 c sinfində riyaziyyat fənni üzrə “Trapesiyanın orta xətti” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.