Metodbirləşmə iclası keçirilib
Oktyabrın 13-də Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova və Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlının təşkilatçılığı ilə ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirilib.
Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.
İclasda ibtidai siniflər aylığı çərçivəsində görüləcək işlər, ibtidai sinif şagirdləri arasında aparılmış monitorinqin nəticələri, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib.