“Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider” mövzusunda tədbir keçirilib

12.12.2022- ci il tarixində fəaliyyət planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə tarix müəllimi Xatirə Cəfərova və musiqi müəllimi Səyyad Cəfərovanın təşkitatçılığı ilə “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider” mövzusunda tədbir keçirilib.

Məktəbin direktoru Ş. İbişova və X. Cəfərova öz çıxışlarında Heydər Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu bildirdilər. Tarixə Azərbaycan xalqının Ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insanın liderlərə məxsus ən ali keyfiyyətlərə malik olduğu, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanındığı və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edildiyi qeyd edilib.

Bildirilib ki, Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür.

Daha sonra şagirdlərimiz Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar söyləyiblər. Videoçarxlar nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi