"Qarabağ Azərbaycandır" adlı intellektual viktorina keçirildi

        Məktəbin fəaliyyət planına uyğun olaraq dekabrın 9-da rus bölməsi üzrə 3- cü  sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı keçirilib.

       İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq  fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin  elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.

       Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara  izah edilib.

       Yarışda "Zəfər bayrağı", "Dəmir yumruq"  "Xarı bülbül" "Şuşa" komandaları iştirak edib. Yarış üç turda keçirilib. Hər turda 4 mövzuda: "Qarabağ Azərbaycandır", "Dünya", "Əyləncəli riyaziyyat", "Nağıllar" haqqında suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib.  Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 3 f  sinfini təmsil edən “Dəmir yumruq” komandası qalib olub.

      Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi