Olimpiadaya hazırlıq mərhələsi keçirilib
Noyabrın 23-də 6 və 7-ci siniflər şagirdləri arasında olimpiada və fənn müsabiqələrinə hazırlıq sinifləri üçün seçim imtahanı təşkil edilmişdir.
Olimpiadaya hazırlıq mərhələsinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.