“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda sinif təşkilat saatları keçirilib
Noyabrın 21-də məktəbin Fəaliyyət Planına uyğun olaraq 4 b sinif müəllimi Xuraman Hüseynova və 4 e sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı iştirakı ilə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda sinif təşkilat saatları keçirilib.
Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və bu istiqamətdə tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dəstəyin artırılması olub.
Sinif rəhbəri yol hərəkəti və yollarda təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verib.Qeyd edib ki, hər bir şagird yol qaydalarını bilməlidir, çünki həyatı və təhlükəsizliyi bundan asılıdır. Daha sonra şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı təqdimatları dinlənilib.