Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir keçirilib

Noyabrın 21-də məktəbin direktoru Şəfəq İbişova və tarix müəllimi Xatirə Cəfərovanın təşkilatçılığı ilə şair Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir keçirilib.
Məqsəd həyatının qayəsini milli mübarizə və istiqlala xidmət təşkil edən böyük Əhməd Cavadın dövrünü, həyat və ədəbi-bədii, publisistik, ictimai-siyasi yaradıcılığını təbliğ etmək olub.
Tədbirdə şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Böyük şairin ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışılaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib.