Pedoqoji şuranın iclası keçirilib

        Noyabrın 17-də 2022/2023-cü tədris ili üçün pedaqoji şuranın iclası keçirilib.  Pedaqoji şuranın sədri Şəfəq İbişova kollektiv üzvlərini müzakirə ediləcək məsələlərlə tanış edib.

       2022/2023-cü tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, ibtidai siniflərdə Ana dili və riyaziyyatın tədrisinin monitorinqi, zəif oxuyan və xüsusi istedada malik uşaqlarla işin təşkili, məktəb rəhbərliyi tərəfindən keçirilmiş ayrı-ayrı fənlər üzrə diaqnostik qiymətləndirmələrin nəticələri, fənn aylıqlarının təşkili, 2022-2023-cü tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında müəllim və şagirdlərin nizam-intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri,  bullinqlə mübarizə, keçirilmiş tədbirlər, məktəb invertarlarının qorunması ilə bağlı görülən işlər və s. müzakirə olunub.

        Rəy və təkliflər dinlənilib, qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi