Şəhid məzun Vüsal Şükürovun anım günü qeyd olunub

        Noyabrın 15-də 76 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan məktəbin şəhid məzunu Şükürov Vüsal Zakir oğlunun anım günü qeyd olunub.

        Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

        Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının şöbə müdirləri, şəhid ailələri, qazilər, rayon ictimayətinin nümayəndələri iştirak ediblər.

        Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

        Sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Məktəbin direktoru Şəfəq İbişova və Vüsal Şükürovun müəllimləri, sinif yoldaşları onun keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildiriblər.

 

                                                                              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi