Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi

14.11.2022-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 3a sinif müəllimi İncili Bayramovanın təşkilatçılığı ilə 17 noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş tədbirlər keçirilib.

Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə keçirilən tədbirlərdə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunduğu bildirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən proseslərin mahiyyəti və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında şagirdlərə geniş məlumat veriblər.

Tədbirlərdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi