“Mənim uşaq hüquqlarım” mövzusunda tədbir keçirilib

      Noyabrın 11-də məktəbin direktoru Şəfəq İbişova və psixoloq Yeganə Cabbarovanın təşkilatçılığı “Uşaq hüquqları aylığı” çərçivəsində "Mənim uşaq hüquqlarım" mövzusunda tədbir keçirilib.

       Tədbirin  keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və uşaq hüquqlarının müdafiəsidir.

     Məktəb rəhbəri insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı  olanları da var. Azərbaycan 1992-ci ildə  BMT-nin  “Uşaq hüquqları  haqqında”  Konvensiyasına,  2002-ci  ildə  isə  Konvensiyanın iki əlavə protokoluna qoşulub.

     Daha sonra şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib. Müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi