Zəfər Günü ilə əlaqədar "Hərbi Qənimətlər Parkına" və şəhidlər xiyabanını ziyarət olundu

Noyabrın 4-də Zəfər Günü ilə əlaqədar 2e sinif müəllimi Aynur Şahbazova, 4b Xuraman Hüseynova və 8b Nəcibə Cabbarovanın təşkilatçılığı ilə sinif şagirdləri Şəhidlər xiyabanı ziyarət edib, qazilərimizlə görüşlər keçirib “Hərbi Qənimətlər parkına” ekskursiya təşkil etdilər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlara vətənpərvərlik hissini aşılamaqdır.
Şagirdlər 44 günlük vətən müharibəsi zamanı əldə etdiyimiz qənimətlərin sərgiləndiyi parkda eksponatlarla tanış olub, Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat alıblar.