İbtidai siniflərdə nümunəvi dərslər keçirilir

         İbtidai siniflər aylığı çərçivəsində noyabrın 3-də 1a sinif müəllimi Ülviyyə Əliyeva Azarbaycan dili dərsində “Qartalın təşəkkürü” və 1d sinif müəllimi Ramilə Nağıyeva Həyat bilgisi dərsində “Cansız obyektlərin əlamətləri mövzusunda nümunəvi dərsər keçirilib.

          Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

         Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.

         Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.

                                                                              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi