İbtidai siniflərdə nümunəvi dərslər keçirilir
İbtidai siniflər aylığı çərçivəsində noyabrın 1-də Minacat Salmanovanın təşkilatçılığı ilə 1ç sinfində rus dili fənni üzrə “V” hərfinin yazılışı” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər cütlərlə tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.