Fənn olimpiadasının məktəb mərhələsi keçirildi

    Məktəbin fəaliyyət planına uyğun olaraq oktyabrın 29-da fənn olimpiadalarının məktəb mərhələsi-bilik yarışı keçirilib. Olimpiadada VIII-XI sinif şagirdləri iştirak edib. Fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

     Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

       Qeyd edək ki, bu cür tədbirlər fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə hazırlıq xarakteri daşıyır və istedadı ilə fərqlənən şagirdlərin aşkarlanmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi