Fizika fənni üzrə "Bilik yarışı" keçirilib

            Məktəbin fəaliyyət planına uyğun olaraq fizika aylığı çərçivəsində oktyabrın 26-da    8-ci sinif şagirdləri arasında bilik yarışı keçirilib.

       İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq  fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin  elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.

       Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara  izah edilib.

       Yarışda "Kelvin", "Faranheyt" və  "Selsi" komandaları iştirak edib. Yarış üç turda keçirilib. Fizika fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib.  Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 8”A” sinfini təmsil edən “Selsi” komandası qalib olub.

      Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi