Fizika fənni üzrə nümunəvi dərs keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq fizika aylığı çərçivəsində oktyabrın 24-də Esmira Bekerovanın  rəhbərliyi ilə 11-ci sinif şagirdlərinin iştirakı ilə fizika fənni üzrə "Məsələ həlli" mövzusunda nümunəvi dərs keçirilib.

      Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

     Dərsdə fəal təlim metodlarından istifadə olunub. Fəndaxili və fənlərarası inteqrasiyadan istifadə etməklə diaqnostik qiymətləndirmə aparılıb. Şagirdlərin fəallığını artırmaq məqsədilə slaydlardan, şəkillərdən istifadə olunub, təcrübə aparılıb.

Daha sonra şagirdlər mövzuya aid araşdırma icra ediblər. Dərs maraqlı müzakirələrlə müşayiət olunub.

Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi