“Zəngilan sən azadsan” mövzusunda sinif təşkilat saatı keçirilib

 21.10.2022- ci il tarixində Bakı Şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 4a sinifində Aybəniz Heydərovanın təşkilatçılığı ilə “Zəngilan, sən azadsan” mövzusunda sinif təşkilat saatı keçirilib.

        Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

     Tədbirdə qeyd olunub ki, iki il öncə oktyabrın 20-də Zəngilan rayonu 27 illik işğaldan sonra azad edilib. Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir.

    Daha sonra şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi