“Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda tədbir keçirilib
Oktyabrın 18-də tarix müəllimi Xatirə Cəfərovanın təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir" mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. S.Əsgərova bildirib ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Qeyd edilib ki, müstəqilliyi elan edilmiş dövlətimiz çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayaraq artıq 30 illik uğurlu yol keçib. Bu gün torpaqlarımızın işğaldan azad olunması müstəqilliyimizin qarantıdır.
Daha sonra şagirdlərin çıxışları dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.