"Müstəqilliyimiz əbədi və dönməzdir!" mövzusunda sinif təşkilat saatı keçirilib

      Oktyabrın  17-də ibtidai sinif müəllimi Aybəniz Heydərova və 4”A” sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədi və dönməzdir!"  mövzusunda sinif təşkilat saatı keçirilib.

      Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

       Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan dərsdə çıxış edən sinif rəhbəri  Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqilliyimizi bərpa etdiyimiz son 31  ildə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb.     

       Daha sonra şagirdlərin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda şeirlər söylənilib, çıxışlar  edilib, videoçarxlar  nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi