Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb
Oktyabrın 3-dən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi 76 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
2022/2023-cü tədris ilində Aybəniz Heydərova, Xuraman Hüseynova, Afət Mustafayeva və Arifə Quliyevanın rəhbərlik etdiyi qruplarda 93 nəfər uşaq hazırlıq keçəcək. İlk gündə məktəbin direktoru Şəfəq İbişova sinif otaqlarına daxil olaraq ilk dəfə məktəb həyatına qədəm qoyan həyəcanlı balacalara uğurlar arzulayıb.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.