Hərbi qənimətlər parkına ekskursiya təşkil olunub

          Sentyabrın-24 də ibtidai sinif müəllimi Gülnar Bağırovanın təşkilatçılığı ilə 3”Ç” sinif şagirdlərinin Qənimətlər parkına ekskursiyası təşkil olunub.

       Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlara vətənpərvərlik hissini aşılamaqdır.

        Şagirdlər 44 günlük vətən müharibəsi zamanı əldə etdiyimiz qənimətlərin sərgiləndiyi parkda eksponatlarla tanış olub, Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat alıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi