“Qalib Azərbaycan xalqı” mövzusunda sinif təşkilat saatı keçirilib
Məktəbin ibtidai sinif müəllimi Aybəniz Heydərova və Təranə Əliyevanın təşkilatçılığı və 4"A", 4"C" sinif şagirdlərinin iştirakı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş “Qalib Azərbaycan xalqı” mövzusunda sinif təşkilat saatları keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Həmçinin bildirilib ki, qədirbilən xalqımız hər zaman 27 Sentyabr – Anım gününü dərin ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan Şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.