“Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirilib
Məktəbin ibtidai sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş “Vətənin qəhrəman oğulları" mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində igidlik göstərərək döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını sipər etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına alı ehtiramın göstəricisidir.