Yeni tədris ilinin ilk dərsləri
Sentyabrın 15-i ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir.
Dərslərdə qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikası Prezidentinin başçılığı və komandanlığı altında Azərbaycan Ordusu işğalda olan ərazilərimizi çox qısa bir zamanda işğaldan azad etmişdir. İşğalçılar tarixi torpaqlarımızdan qovulmuş, düşmən diz çökdürülmüşdür. Azərbaycan xalqı bu Vətən Müharibəsində yekdilliklə Prezidentimizi, Ordumuzu dəstəkləmiş, bir yumruq kimi birləşmişdir.
Dərslərdə mövzuya uyğun olaraq elektron təqdimatlardan və videoçarxlardan istifadə olunub.