Tədrisin keyfiyyətinə təsir edən ekskursiyalar təşkil olunur
Məktəbin illik Fəaliyyət Planının 1.3.7-ci bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə sinif rəhbərləri tərəfindən vaxtaşırı ekskursiyalar təşkil edilir. İyunun 1-də məktəbin 3"E" və 5"Ç" sinif şagirdləri sinif rəhbərləri Gülnisə Allahverdiyeva və Arifə Quliyevanın rəhbərliyi ilə Bakı Zooloji Parkında və Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiyada olmuşdular.