Tədrisin keyfiyyətinə təsir edən ekskursiyalar təşkil olunur

Məktəbin illik Fəaliyyət Planının 1.3.7-ci bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə sinif rəhbərləri tərəfindən vaxtaşırı ekskursiyalar təşkil edilir.
Mayın 18-də 6"A" sinif şagirdləri sinif rəhbəri Rüfanə Əliyevanın rəhbərliyi ilə İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksində olmuşdular.