"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə növbəti seminar keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.

 Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir.

Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək və BŞTİ- nin 18.04.2022-ci il tarixli F-145 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların təşkili nəzərdə tutulmuşdur. Mayın 18-də "Məktəblinin dostu" layihəsinin psixoloqu Mehriban Verdiyeva valideynlərlə "Yeniyetməlik dövrünün çətinlikləri və onların həlli yolları" mövzusunda seminar keçirdi. Tədbirin sonunda valideynlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi