Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə seminar keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək və BŞTİ- nin 18.04.2022-ci il tarixli F-145 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların təşkili nəzərdə tutulmuşdur.
Mayın 13-də "Məktəblinin dostu" layihəsinin psixoloqu Mehriban Verdiyeva valideynlərlə "Nailiyyətlərə görə uşaqlar necə mükafatlandırılmalıdır?" mövzusunda seminar keçirdi. Tədbirin sonunda valideynlərin sualları cavablandırıldı.